Diniyevin təyinatı millinin sabiq üzvünü fikrindən daşındırdı - QALIR, YOXSA GEDİR?

30 Dekabr 2022 14:00 Səbail 1 141
Diniyevin təyinatı millinin sabiq üzvünü fikrindən daşındırdı - QALIR, YOXSA GEDİR?

Turan Manafov qışdan sonra da karyerasını "Səbail"də davam etdirəcək.

Halbuki bir neçə real təklifi olan futbolçu, qış fasiləsində Bayıl təmsilçisindən ayrılmaqda qərarlı idi.

Çünki sabiq baş məşqçi Mahmud Qurbanov Turana oynamaq şansı vermirdi. O, Premyer Liqanın ikinci dövrəsində cəmi 1 dəqiqə oynamaq imkanı qazanmışdı.

Amma Şahin Diniyevin baş məşqçi postuna gəlməsi gənclər millimizin sabiq üzvünün fikrini dəyişməsinə səbəb olub.

Həm rəhbərlik, həm də yeni baş məşqçi 24 yaşlı cinah müdafiəçisinin komandada qalmasında maraqlıdır. Belə də uzun müddətdir "Səbail"də çıxış edən futbolçu ayrılmaq fikrindən daşınıb.

Arxa xətt oyunçusu bu mövsüm 10 oyunda forma şansı qazanıb və 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti