Azərbaycanda məşqçi heç kimin etmədiyini etdi – Özünün və dostunun oğlunu…

30 Dekabr 2022 10:40 Səbail 1 171
Azərbaycanda məşqçi heç kimin etmədiyini etdi – Özünün və dostunun oğlunu…

«Səbail»in yeni baş məşqçisi Şahin Diniyevun köməkçilərinin kimliyi müəyyənləşib.

Bayıl təmsilçisi ilə ilyarımlıq müqavilə imzalayan çalışdırıcı gözlənilməz addım atıb.

O, böyük oğlu Kərim Diniyevi özünə köməkçi götürüb. Bir müddət əvvəl futbolçu karyerasını bitirən Kərim onun əsas yardımçısıdır.

Diniyevlər bununla Azərbaycan futbolunda yeniliyə imza atıb. İndiyədək heç bir məşqçinin oğluna yanında iş vermədiyini xatırladaq.

Sonuncu dəfə 5 il öncə «Kəpəz»də işləmiş sükançı yaxın qohumu və dostu Arif Əsədovun oğlunu da «Səbail»ə gətirib.

Bunadək gənclərdən ibarət yığmada fəaliyyət göstərmiş Fuad Əsədov qəsəbə komandasında qapıçılarla işləyəcək.

Vaxtilə Şahin Diniyevin rəhbərliyi altında «Qarabağ»da oynamış Elmir Xankişiyev də bundan sonrra «dənizçilər»ə xidmət göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti