Diniyev bu futbolçunu istədi, rəhbərlik həll etdi

29 Dekabr 2022 16:40 Səbail 1 545
Diniyev bu futbolçunu istədi, rəhbərlik həll etdi

Şahin Diniyev “Səbail”ə baş məşqçi təyin olunandan sonra komandanın güclənməsi yönündə hərəkətə başlayıb.

"Dənizçilər”in ilk transferi müqavilə ilə kluba məxsus olan Adil Nağıyevdir.

Yayda “Şamaxı”ya icarəyə verilən təcrübəli müdafiəçi karyerasını köhnə-yeni komandasında davam etdirəcək.

Bu gün klub rəhbərliyi ilə futbolçu arasında danışıq olub və razılıq əldə olunub. Adil “Şamaxı” ilə icarə anlaşmasının dondurulub “Səbail”ə qayıtmağa razılıq verib.

27 yaşlı futbolçu Premyer Liqanın ilk yarısında bölgə təmsilçisinin heyətində 16 oyunda meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!