Azərbaycanda klub rəhbərini ifşa edən ÜÇ QƏRAR - Hacıyevdən Diniyevə kimi...

29 Dekabr 2022 22:20 Səbail 820
Azərbaycanda klub rəhbərini ifşa edən ÜÇ QƏRAR - Hacıyevdən Diniyevə kimi...

"Səbail"in Mahmud Qurbanovla mövsümün ikinci dövrəsinə hazırlaşacağı bütün futbol ictimaiyyətinin ortaq fikri idi deyə bilərik.

Hər halda, ölkə çempionatında komanda onun rəhbərliyi altında uğursuzluq yaşasa da, ölkə kubokunda fərqli vəziyyət vardı.

Kubok qazanmağa ən real namizədlərdən olan "Sabah"ı hər iki görüşdə də məğlub edən Bayıl təmsilçisi adını yarımfinala yazdıra bilmişdi. Burada rəqibin "Qəbələ" olması final şanslarını da kifayət qədər yüksək edirdi.

Yeni transferlərlə heyəti bir qədər gücləndirmək və yaxşı hazırlıq keçməklə mövsümün ikinci yarısı Premyer Liqada da vəziyyəti bir xeyli yaxşılaşdırmaq olardı.

İnsafən, Qurbanovun rəhbərliyi altında komandanın göstərdiyi oyun da ümidverici idi. Amma futbolçular bağlı intizamsızlıq kimi problemlər və bəzən də bəxtsizlik sonda müsbət nəticələrə mane olurdu.

Lakin rəhbərlik bu kimi reallıqları görə, doğru qiymətləndirə bilmədi. Nəticəsi olaraq da iki gün əvvəl onunla yolların ayrılmasına qərar verildi. Düzdü, Qurbanov özü getmək qərarı verib. Amma onu buna vadar edən rəhbərlik olub.

Hər nə qədər surpriz qərar olduğunu desək belə, məncə, çox da təəccüblənməyə dəyməz. Axı “Səbail”i hansı təfəkkür də rəhbərliyin çalışdırdığını illərdi tanıyırıq.

Məgər ötən mövsümün sonu Aftandil Hacıyevlə bir illik müqavilə imzalayıb, amma 10 gün sonra istefaya göndərən indiki rəhbərlik deyildimi? Odur!

İllərini kluba verən, ən çətin gündə komandanın yanında olan Hacıyevə belə münasibət göstərən rəhbərliyin Qurbanova qarşı indiki hərəkəti də normal qarşılanmalıdır.

Bu rəhbərlik Şahin Diniyevə qapı açacaq təfəkkürdə olan adamlardır. O Diniyev ki, illər əvvəl "Kəpəz"də yaşadıqlarını hələ illər sonra da xatırlayacağıq.

Görünür, elə belə rəhbərliyə də elə adamlar lazımdır…

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti