Dünən göndərdilər, bu gün gətirdilər – ÜÇÜNCÜ ADAM

28 Dekabr 2022 19:20 Səbail 1 194
Dünən göndərdilər, bu gün gətirdilər – ÜÇÜNCÜ ADAM

"Səbail"in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Şahin Diniyev təyin edilib.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Ş.Diniyev “Səbail”də ötən gün istefa verən Mahmud Qurbanovu əvəzləyib.

Bu, cari mövsüm Pemyer Liqada rəsmiləşən 3-cü baş məşqçi dəyişikliyidir.

Daha öncə “Kəpəz” Yaşar Vahabzadəni Tərlan Əhmədovla, “Sumqayıt” Aleksey Baqanı Samir Abasovla əvəzləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti