Haqqında “əfsanələr” dolaşan məşqçi neçə illik müqaviləyə imza atıb?

28 Dekabr 2022 21:00 Səbail 520
Haqqında “əfsanələr” dolaşan məşqçi neçə illik müqaviləyə imza atıb?

“Səbail” bir qədər öncə yeni baş məşqçisinin kimliyini ictimaiyyətə duyurub.

Bayıl təmsilçisini bundan sonra Şahin Diniyev çalışdıracaq.

“Səbail”in baş məşqçi postunda ötən gün istefa vermiş Mahmud Qurbanovu əvəz edən Diniyevlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Bizdəki bilgiyə görə, “dənizçilər” yeni sükançısı ilə ilyarımlıq (6 ay+1 il) anlaşma əldə edib.

AFFA Məşqçilər Komitəsinin üzvü yanvarın 2-dən işə başlayacaq.

Diniyev sonuncu dəfə 5 il qabaq “Kəpəz”i çalışdırıb. 2015-ci ildə AFFA-nın tapşırığı ilə komandanı onu tapşıran Gəncə təmsilçisi yekunda biabır olub.

Klubda böyük maliyyə yeyintiləri aşkarlanıb, nəticədə federasiyanın təyin etdiyi nümayəndə ilə yanaşı, Diniyev də buradan uzaqlaşdırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti