Azərbaycan klubu özünə yeni baş məşqçi seçdi - SON

28 Dekabr 2022 17:00 Səbail 1 161
Azərbaycan klubu özünə yeni baş məşqçi seçdi - SON

Mahmud Qurbanovla yolları ayıran “Səbail” rəhbərliyinin yeni baş məşqçi axtarışı çox çəkməyib.

Axtarışlarını əsasən ölkə daxilində edən başbilənlər boş qalmış postu Şahin Diniyevə tapşırmaq qərarını verib.

Bu gün klubun baş sponsoru ASCO-nun inzibati binasında baş tutan iclasda klub rəhbərliyi, Müşahidə Şurasının üzvləri və Diniyevin iştirakı ilə görüş baş tutub.

Görüşdə şərtlər və hədəflər Şahin bəyin diqqətinə çatdırılıb. Azərbaycan millisinin sabiq çalışdırıcısı şərtlərlə demək olar razılaşıb. Hazırda kiçik detalların müzakirəsi gedir ki, bu da çox vaxt almayacaq.

Klub Şahin Diniyevin təyinatını bu gün, uzağı sabah ictimaiyyətə açıqlayacaq.

56 yaşlı mütəxəssis məşqçilik karyerasında “Terek”, “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını çalışdırıb, 2005-2007-ci illər aralığında Azərbaycan yığmasında əsas söz sahibi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!