“GÜNAHKARIQ” - “Səbail”in uğursuzluğunun İKİ SİRRİ

27 Dekabr 2022 21:20 Səbail 606
“GÜNAHKARIQ” - “Səbail”in uğursuzluğunun İKİ SİRRİ

Mövsümün əvvəlində yerli və legioner futbolçularla güclənən “Səbail”in Premyer Liqada yüksək yerlərə iddia edəcəyini gözləyirdik.

Ölkə xaricində hazırlıq keçən, komandaya təcrübəli legionerləri qatan Bayıl təmsilçisi proqnozları alt-üst etdi.

18 oyunda aktivinə vur-tut 10 xal yazan Mahmud Qurbanovun yetirmələri qış fasiləsinə sonuncu pillədə yollandı.

Buna baxmayaraq, “Səbail” Azərbaycan kubokunda “Sabah”ı mübarizədən kənarlaşdırıb yarımfinala yüksəlməklə futbol ictimaiyyətini təəccübləndirməyi bacardı.

Təbii, işlər qaydasında getmirsə, mütləq ki, bunun səbəbi var.

Komandanın kapitanı, 2018-ci ildən bu yana “dənizçilər”in formasını geyinən Rahid Əmirquliyevlə söhbətdə “Səbail”in ümidləri doğrultmamasının səbəblərini üzə çıxarmağa çalışdıq:

“Sözsüz, turnir cədvəlində sonuncu pillədə olmağımız hər birimizi təəssüfləndirir.

Qış fasiləsinə bu yerdə yollanmaq istəməzdik. Açığı, bunu ağlımızdan da keçirmirdik. Lakin bu, futboldur, bəzən işlər planlaşdırdığın kimi getmir.

Səbəblər müxtəlifdir. Başlıca səbəb komandanın yayda demək olar yenidən formalaşmasıdır. Görün, nə qədər yeni futbolçu cəlb olundu. Legionerlərin hamısı yeni gələnlərdir.

Onların komandaya və ab-havaya öyrəşməsi müəyyən vaxt aparır. Bunu başqa komandalarda da görmək mümkündür. Tək-tük legioner olur ki, gələn kimi fayda verir.

Açığı, əcnəbi futbolçulara böyük ümid bəsləyirdik. Amma qısa vaxtda istədiyimizi ala bilmədik.

Qış fasiləsinə yaxın özünüz də gördüyünüz kimi, vurduqları qollarla komandaya fayda verdilər. Uğursuzluğa görə günahın hamısını onların üstünə yıxmaq istəmirəm. Əlbəttə, hər birimizin günahı var".

Rahid Əmirquliyev cari Premyer Liqa mövsümündə 18 oyununda 10-da meydanda olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!