Premyer Liqa klubunda QAPALI İCLAS – Qurbanov sponsora hesabat verir

27 Dekabr 2022 10:40 Səbail 963
Premyer Liqa klubunda QAPALI İCLAS – Qurbanov sponsora hesabat verir

Bu gün «Səbail»də qapalı toplantı keçiriləcək.

İclas klubun baş sponsoru olan «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) qərargahında düzənlənəcək.

Yığıncaqda Bayıl təmsilçisinin funksionerləri ilə yanaşı, baş məşqçi Mahmud Qurbanov da iştirak edəcək. Komandanın mövsümün geridə qalan hissəsində çıxışı burada eninə-uzununa müzakirə olunacaq.

«Dənizçilər» Premyer Liqanın ilk 18 turunda cəmi 10 xal toplayıb və 12 məğlubiyyətlə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Ölkə kubokunda vəziyyət bunun tam əksidir – «Səbail»i ¼ final mərhələsindən uzaqlaşdıran «Səbail» yarımfinalda «Qəbələ»yə rəqib olub.

Baş məşqçi yığıncaqda hesabat verəcək. Mahmud Qurbanovu heç bir təhlükə gözləmir. ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev ona şans verməkdə davam edəcək.

Hər halda komandanın yeni ildən sonra vəziyyəti düzəltmək və kubok yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansı yüksəkdir.

Bunun üçün R.Vəliyev lazım olan dəstəyi göstərməkdədir. Baş sponsor klubun qış transferlərinə əlavə olaraq 500 min manat ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!