“Legiya”, “Bohemians”, “Spartak” – Azərbaycan klubu onları seçdi

27 Dekabr 2022 02:30 Səbail 569
“Legiya”, “Bohemians”, “Spartak” – Azərbaycan klubu onları seçdi

“Səbail”in qış fasiləsi üçün hazırlıq planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Antalyada baş tutacaq təlim-məşq toplanışı yanvarın 3-də başlayacaq.

“Dənziçilər” hazırlıq çərçivəsində yanvarın 8-də Polşanın “Legiya” (Varşava), 12-də Çexiyanın “Bohemians” (Praqa), 16-da isə Serbiyanın “Spartak” (Subotiça) klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Komanda yanvarın 17-da Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti