Premyer Liqanın ilk yarısından sonra 10 xalla sonuncu pillədə qərarlaşan “Səbail”də “yarpaq tökümü” başlayıb.
Daha əvvəl anons etdiyimiz kimi, Bayıl klubu 4 legionerlə yollarını rəsmən ayırıb.
Bunlar argentinalı müdafiəçi Fakundo Kardozo, braziliyalı arxa xətt oyunçusu Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və uqandalı hücumçu Kizito Luvaqadır.
Yayda Azərbaycana dəvət olunan əcnəbi futbolçuların normal müqavilə müddəti 6 ay sonra başa çatacaqdı.
“Dənizçilər“ iyun-iyul aylarında sıralarına qaydığı legionerləri vaxtından əvvəl geri göndərmək üçün hər birinə böyük məbləğdə təzminat ödəyib.
SPORTİNFO.AZ

