Büdcədə pul qalmasa, Qurbanov öz cibindən xərc çəkəcək, amma…

25 Dekabr 2022 09:40 Səbail 819
Büdcədə pul qalmasa, Qurbanov öz cibindən xərc çəkəcək, amma…

Bu gün Premyer Liqada qış fasiləsi elan olundu.

Gəncədə keçiriləcək «Kəpəz» - «Zirə» matçının nəticəsindən asılı olmayaraq, «Səbail»in ili son pillədə başa vuracağı artıq dəqiqdir.

Dünən məğlubiyyət sayını 12-yə çatdırdılar. Yenilgi qrafasında «Səbail» hamını «qabaqlayır». Vurulan qollara görə isə hamıdan geridədirlər.

Müdafiəsi boş, hücum xətti «dişsiz» olan komandanın baş məşqçisi Mahmud Qurbanov isə deyir ki, ona bir arxa, bir də ön zona adamı lazımdır.

Elə bu? «Dəiyşiklik olmalıdır, belə davam edə bilmərik» söyləyən çalışdırıcı, doğrudanmı, üzləşdiyi problemin çarəsini vur-tut 2 transferdə görür?

Heç inanmağın gəlmir. Məncə, o, dərdi gizlədir, mətbuatın önündə dəsmal götürüb ağlamsınmaq, göz yaşı tökmək istəmir, bunu içinə sindirə bilmir.

O, bu gün belə deyir. «Səbail» sabah transfer bazarının ən fəallarından olacaq. Xeyli gedib-gələn barədə xəbərlər alacağıq. Düşərgə qaynar qazan kimi qaynayacaq.

Mahmud Qurbanov iddialı şəxsdir. Həmişə öndə olmağa öyrəşib. Başqalarına nümünə göstərilmək ona xoş gəlir.

Turnir cədvəlində hamıdan aşağı olmaq Qurbanova necə pis gəlir, təxmin edirəm. İki dünya bir olsa belə, o, vəziyyəti kökündən dəyişmək üçün hər şey edəcək.

Klubun büdcəsində pul qalmasa, öz cibindən xərc çəkəcək, amma istədiyi qədər transfer əməliyyatı həyata keçirəcək.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti