“Var gücümü qoyuram”

24 Dekabr 2022 19:00 Səbail 898
“Var gücümü qoyuram”

"Meydanda olduğum müddətdə əlimdən gələn hər şeyi etməyə çalışıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in gənc qapıçısı Hüseynəli Qulıiyev deyib.

Əsas heyətə düşmək uğrunda rəqabətdə Emil Balayevi üstələməyə başlayan 1999-cu il təvəllüdlü kiper bunları söyləyib:

“Mənə bəslənilən etimadı doğrultmaq üçün var gücümü qoyuram. Hər gün öz üzərimdə çox çalışıram.

Ölkə kubokuna iddialı klublardan sayılan "Sabah"ı mübarizədən kənarlaşdırdıq. Şükürlər olsun, tək məndə yox, bütün komandamızda bu, yaxşı alındı və sərfəli nəticə əldə etdik.

Digər iddialı "Qarabağ"a da "Qəbələ" oxşar taleyi yaşatdı. İndi biz yarımfinalda “Qəbələ” ilə qarşılaşacağıq.

Finala gedən yolda mən də komandama bacardığım köməyi etməyə hazıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti