“Neftçi”nin “elçi daşı”nın üzərində əyləşdi - Sonuncu yerdə gedən

23 Dekabr 2022 17:00 Səbail 1 563
“Neftçi”nin “elçi daşı”nın üzərində əyləşdi - Sonuncu yerdə gedən

Premyer Liqada son pilləyə yuvarlanan “Səbail” transfer çalışmalarını sürətləndirib.

Bayıl təmsilçisi bu dəfə “Neftçi”nin qapısını döyüb.

“Dənizçilər” paytaxtın digər təmsilçisindən Mert Çelikə elçi düşüb. Qəsəbə klubu millinin də şərəfini qoruyan müdafiəçini 6 aylıq icarəyə götürmək istəməsi barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycan yığmasının üzvü “Neftçi”dən ayrılmaq üzrədir. Bakılıların yayda yenidən 1 illik icarəyə götürdüyü arxa xətt oyunçusu Lorentsiu Regekampfın qışdan sonrakı planlarında yer almadığını bilir.

Müqavilə ilə “Başakşehir”ə məxsus olan Çelik hazırda 3 klubla danışıqlar aparır. Onun xidmətinə ehtiyac duyanlardan biri də “Sumqayıt”dır,

“Kimyaçılar”ın baş məşqçisi Samir Abasov “Neftçi”də rəhbərliyi altında oynamış müdafiəçi ilə yenidən bir yerdə çalışmaq istəməsi haqda rəhbərliyə raport təqdim edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti