Biri bilindi - “Spartak”

22 Dekabr 2022 19:20 Səbail 666
Biri bilindi - “Spartak”

"Səbail"in Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "dənizçilər" Serbiyadan "Spartak" ilə qarşılaşacaq.

Görüş yanvarın 16-na planlaşdırılıb.

Superliqada mübarizə aparan Subotitsa təmsilçisi 19 turdan sonra 18 xalla 11-ci pillədə qərarlaşıb.

"Səbail" hələlik qış təlim-məşq toplanışı ilə bağlı planını açıqlamayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti