"Səbail"in ən çox axsayan möqvqeyi arxa xəttdir. Bu barədə baş məşqçi Mahmud Qurbanov da bir neçə dəfə şikayətini dilə gətirib.
Amma bu o demək deyil ki, qış failəsində heyətə yalnız arxa zona oyunçuları transfer ediləcək.
Təbii ki, yaxşı forvard təklifinə də "yox" deyilməyəcək.
Artıq belə biri Qurbanova təklif olunub.
Söhbət Renan Areias adlı hücumçudan gedir.
24 yaşlı legioner hazırda azad agentdir. O, son bir ili klubsuz qalıb.
Renan karyerası ərzində ölkəsində "Korintians", "Brazil", "Konfyansa" və "Krisiuma" kimi klublarda oynayıb.
Ölkə xaricində isə "Roselare" (Belçika) və "Aşdod"da (İsrail) legioner həyatı yaşayıb.
Cənubi Amerikalı ölkəsinin U17 millisində də 2 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ

