“Bəzi adamlar narahatdır” – Bu sözlə kim(lər)in “bostanına daş atdı”?

21 Dekabr 2022 21:20 Səbail 700
“Bəzi adamlar narahatdır” – Bu sözlə kim(lər)in “bostanına daş atdı”?

Artıq Mahmud Qurbanov yaza hazırlıq görə, onadək rahat nəfəs ala bilər.

Aylardır başı üzərində dolaşan qara buludları Masazırda özündən uzaqlaşdırdı.

«Səbail» Azərbaycan kubokunun yarımfinalındadır və işləri tam qaydasına salmaq imkanı yenidən öz əllərindədir.

Mövsümün ən güclülərindən «Sabah»a hər iki oyunda qalib gəlmək fədakarlıq və şans istər, bu da istər Bayılda, istərsə də Masazırda «Səbail»in yanında oldu.

Qurbanov yarımfinala çıxdıqlarını təsdiqləyən fitdən sonra jurnalistlər önünə keçdi, bir sıra mesajlar verdi.

Ad hallandırmadı, üstüörtülü dedi ki, onun iş başında olması bəzi adamları narahat edir, müxtəlif məşqçilərin adları qəsdən mətbuata ötürülür.

Qurbanovun söylədikləri saman çöpündən yapışanın son çırpıntıları deyil. İlk gündən özü səbrli və soyuqqanlı aparır.

Heç vaxt özünü o yerə qoymur, istefaya göndərilməkdən qorxmadığını nümayiş etdirir.

Neçə belə məşqçimiz var? Tək-tük. Ümumi sayları heç iki-üç nəfəri keçmir.

Mahmud bəy bu açıqlamalarla hara gəldi daş atmayıb. Sözü birbaşa klubun icrası şəxslərinədir.

O şəxslərə ki, başqa maraqlar güdürlər və baş məşqçi postuna «sözəbaxan» birini gətirməkdən ötrü «dəridən-qabıqdan çıxırlar».

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti