"Sabah"ın üstümüzə gələcəyini bilirdik"

20 Dekabr 2022 15:00 Səbail 597
"Sabah"ın üstümüzə gələcəyini bilirdik"

"Səbail" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Sabah"ı məğlub edərək (1:0) yarımfinala yüksəlib.

İlk matçda da qələbə qazanan tərəf onlar olmuşdu - 3:2.

Bayıl təmsilçisinin qapıçısı Hüseynəli Quliyev oyun haqqında Sportinfo.az-a açıqlama verib:

"Komanda şəklində oyuna yaxşı köklənmişdik. İlk oyundakı nəticə bu oyunda daha inamlı oynamağımıza səbəb oldu.

90 dəqiqə bütün komanda əlindən nə gəlirsə meydanda göstərdi. "Sabah"ın üstümüzə gələcəyini bilirdik və bu da onların müdafiə xəttində boşluqlar yaradırdı. Şükürlər olsun ki, qələbə ilə növbəti mərhələyə adladıq".

Oyuna baxan hər kəs etiraf edər ki, qazanılan uğurda Hüseynəli Quliyevin böyük əməyi oldu. O, bir neçə dəfə komandasını 100%-lik qoldan xilas elədi.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti