"Mövsümün əvvəli zədə aldım və bu, mənim oynamağıma mane oldu”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in liberiyalı legioneri Luvaqa Kizito deyib.
“Dənizçilər”in son iki matçında fərqlənən hücumçu formaya gec düşməsinin səbəbini belə əsaslandırıb:
“İlk vaxtlar əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkdim. Hazırda bütün diqqətimi əlimdən gələnin ən yaxşısın etməyə cəmləmişəm.
Komandam üçün qollar vurmaq, qələbə qazanmaqda pay sahibi olmaq istəyirəm. Fikrim burada qalmaqdır.
“Səbail”ə xeyirli olacağıma şübhəm yoxdur. Mənim üçün hər şey qabaqdadır”.

