Bu gün daha bir Azərbaycan klubunda baş məşqçi istefası olacaq?

19 Dekabr 2022 16:40 Səbail 1 544
Bu gün daha bir Azərbaycan klubunda baş məşqçi istefası olacaq?

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk iki yarımfinalçının adına aydınlıq gələcək.

Paytaxt derbisində “Sabah” “Səbail”i sınağa çəkəcək. İlk oyunda gözlənilmədən 2:3 hesabıyla uduzan Murad Musayevin komandası çempionatın autsayderindən revanş almağa çalışacaq.

Hər şey onun istədiyi kimi olsa… “dənizçilər“ yeni baş məşqçi axtarışına çıxacaq.

Premyer Liqada son pilləyə enən Bayıl təmsilçisi Mahmud Qurbanovla vidalaşmağın biraddımlığına yetişib. Hər halda klubdan gələn son informastyalar belə düşünməyə əsas verir.

“Xəzər Dəniz Gəmiçiliyi“nin İdarə Heyətinin sədri Rauf Vəliyevin baş sponsolru olduğu “Səbail“in nəticələrindən məyusluq hissi keçirdiyi, mayda görəvə gələn məşqçi korpusuna artıq etimadının qalmadığı bildirilir.

Düzdür, o, əksər futbolçuların qarşıya qoyulan tələblərə cavab vermədiyini görür, bununla belə, Vəliyevə yaxın insanlar, eləcə də klub funksionerləri Qurbanovun əleyhinə informasiyalar verməkdə davam edir.

Onu demək olar inandıra biliblər ki, baş məşqçi dəyişilsə, komanda düşdüyü vəziyyətdən çıxacaq.

Cari mövsüm Premyer Liqanın iki iştirakçısının sükançısı ilə yollarını ayırmasını xatırladaq. «Kəpəz» Yaşar Vahabzadəni Tərlan Əhimədovla, «Sumqayıt» Aleksey Baqanı Samir Abasovla əvəzləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti