Premyer Liqa klubunda daha bir QADAĞA – Paltarı özünüz yuyun!

18 Dekabr 2022 11:40 Səbail 1 183
Premyer Liqa klubunda daha bir QADAĞA – Paltarı özünüz yuyun!

Premyer Liqanın 17-ci turunda «Sumqayıt»a 0:2 hesabıyla uduzan «Səbail»in baş məşqçisi Mahmud Qurbanov futbolçularına daha bir qadağa qoyub.

Maydan bəri iş başında olan «Professor» komanda üzvlərinə idman geyimlərini texniki əməkdaşlara verməmələrini tapşırıb.

«Bundan sonra paltarlarınızı özünüz yuyacaqsız. Axırıncı yerdə getməyi özünə sığışdıran futbolçunun formalarını klubun işçiləri niyə yumalıdır?» - o, qərarını bu cür əsaslandırıb.

Onun digər tapşırığıyla «dənizçilər» pulsuz yeməkdən məhrum edilib. Belə ki, futbolçular artıq klubun Bayılda yerləşən bazasının yeməkxanasına buraxılmır.

Çalışdırıcı bildirib ki, məğlubiyyətləri sıralayan komandanın bazada nahar və şam etməyə mənəvi haqqı yoxdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti