Premyer Liqa klubu buna da əl atdı – Yeməkxana futbolçuların üzünə bağlandı

17 Dekabr 2022 13:40 Səbail 1 517
Premyer Liqa klubu buna da əl atdı – Yeməkxana futbolçuların üzünə bağlandı

«Səbail»in baş məşqçisi Mahmud Qurbanov sərt addım atıb.

Premyer Liqanın 17-ci turunda «Sumqayıt»a səfərdə 0:2 hesabıyla uduzan «dənizçilər» pulsuz yeməkdən məhrum edilib.

Belə ki, futbolçular bundan sonra klubun Bayılda yerləşən bazasının yeməkxanasına buraxılmayacaq.

Çalışdırıcı bildirib ki, məğlubiyyətləri sıralayan, turnir cədvəlinin son pilləsinə enən komandanın bazada nahar və şam etməyə mənəvi haqqı yoxdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti