Bu klubun yeri səhv düşüb - Premyer Liqa onlarlıq deyil

15 Dekabr 2022 21:00 Səbail 994
Bu klubun yeri səhv düşüb - Premyer Liqa onlarlıq deyil

Yeni yerin mübarək olsun, «Səbail»!

Axır ki, turnir cədvəlinin «zirzəmi»si öz layiqli sahibinə qovuşdu.

«Səbail» bu gün üçün çox darıxmışdı. Düzdür, lap əvvəldən son sıraya doğru səmt almışdılar, ancaq «Sumqayıt» və «Kəpəz»in zəif çıxışı səbəbindən bu məsələ bir qədər yubandı.

Day bundan xoş hadisə?! Peşəkar Futbol Liqası əsasnaməyə və reqlamentə «əl gəzdirib», «Səbail»ə jest etməlidir.

Bu klubu Premyer Liqadan təcili I Diviziona keçirməlidirlər. Heç nə olmaz, üzüklərinin qaşı düşməz.

Mərhəmət yaxşı hissdir. «Səbail» də əvvəl-axır qələbə qazanmalıdır, ya yox? Axı Mahmud Qurbanov nəvaxtadək həmkarlarını təbrik edəcək, onların əlini sıxacaq?

Hər macəranın bir sonu var, istədin, istəmədin. Belə alınmır da, məhəbbət birtərəfli və zorla olmur.

Mahmud Qurbanovun bəyənib aldırdığı və burada saxladığı futbolçular «Səbail»də xoşbəxt deyil. Hər biri nədənsə narazıdır.

Bu bikef əhval-ruhiyyəni düzəltməyin tək çarəsi I Divizionun qapılarının «Səbail»in üzünə taybatay açmaqdır.

PFL bu güzəştə getsə, heç bilirsiz, nə boyda savaba batarlar?! Təsəvvürünüzə gətirəmməzsiz. Yığıb-yığışdırmaq olmaz e!

Bu xoşbəxtliyi «Səbail»ə yaşatmaq AFL-in əlində heç zaddır, əslində.

Zamanı boş yerə xərcləməsinlər, mayın yetişməsini gözləməsinlər.

Yerdəyişməni nə qədər tez gerçəkləşdirsələr, «Araz Naxçıvan»ı Premyer Liqaya buraxsalar, «Səbail»ə sərmayə yatıran çevrələrin da canı qurtarar, elə bizim də.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti