"Bir də başımıza belə iş gəlməsin!” – Sürpriz hadisədən sonra

12 Dekabr 2022 21:20 Səbail 637
"Bir də başımıza belə iş gəlməsin!” – Sürpriz hadisədən sonra

“Rəqibin adından asılı olmayaraq biz hər oyuna qələbə üçün çıxırıq.

“Sabah”la matçda da məqsədimiz bu idi”.

“Səbail”in ukraynalı müdafiəçisi Petro Stasyuk Sportinfo.az-a açıqlamasında Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Səbail” – “Sabah” görüşünü dəyərləndirib.

“Dənizçilər” bir qədər diqqətli olsaydı, matç 3:2 yox, bəlkə də 3:0 hesabı ilə başa çatacaqdı. Qonaqların ilk dəqiqələrdən meydanda azlıqda qalması ev sahiblərinin əl-qolunu açdı.

“Sabah”da yaranan çaşqınlıqdan istifadə edən Mahmud Qurbanovun yetirmələri güclü rəqibin qapısından 3 top keçirməyi bacarsa da, üstünlüyü sona qədər qoruya bilmədi.

Stasyuk “tələbələr”in 10 nəfərlə qalmasına, eləcə də sona yaxın buraxdıqları 2 qola münasibət bildirib:

“Fikrimcə, “Sabah”ın azlıqda qalması qələbəmizə müəyyən qədər kömək etdi. Amma istənilən halda, bu, komandanın əziyyətinin nəticəsidir.

İlk dəqiqələrdən pressinq etməklə rəqibi səhvə sürüklədik və nəticədə qırmızı vərəqə gəldi. Bununla belə, dayanmadıq, təzyiqi daha da artıraraq lazım olan qolları vurduq.

Oyunun sonuna yaxın buraxdığımız qollara gəlincə, həmin anda konsentrasiyanı itirdik. Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq ki, bir də başımıza belə iş gəlməsin”.

“Səbail”lə “Sabah” arasındakı ilk dueldə birincilər 3:2 hesabı ilə qələbə qazanıb. Komandalar arasında yarımfinala yüksəlmək uğrunda ikinci görüş dekabrın 19-da keçiriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti