"Çətin oyun oldu, amma bizim qələbə şansımız çox idi".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in legioneri Luvaqa Kizitov deyib.
Uqandalı hücumçu Premyer Liqanın 16-cı turunun "Qəbələ" - "Səbail" oyunu (2:1) haqqında danışıb. Afrikalı forvard Qəbələ səfərindəki məğlubiyyəti daha çox hakim səhvləri ilə əlaqələndirib:
"Təəssüf ki, hakim bizim xeyrimizə penaltini təyin etməkdən imtina etdi və açıq əllə ötürmədən sonra vurulan topu qol kimi qeydə aldı.
Bir sözlə, hakimin ədalətsiz qərarları olmasa, qalib gələ bilərdik. Mən buna çox təəssüflənirəm.
Ədalətli idarəçilik gözləyirəm. Komandamız çempionatda layiq olduğu yerdə deyil. Biz daha yaxşısını edə bilərik və o gücdəyik".

