Qurbanovun əsəblərini tarıma çəkən ilahə

10 Dekabr 2022 14:00 Səbail 611
Qurbanovun əsəblərini tarıma çəkən ilahə

Bir aydan çoxdur Mahmud Qurbanovun başı üzərində qara buludlar dolaşır.

«Səbail»də işləri ilk gündən bəri heç yaxşı getmir.

Hər variantı yoxlayır, fəqət, bir türlü komandanı relsə sala bilmir. Nə edir, əks effekt verir.

Özü də hiss edir ki, bıçaq artıq sümüyə dirənib. Və tezliklə nə(lər)sə olacaq: ya onun lehinə, ya da əleyhinə.

Kluarlada dolaşan xəbərlərə, həmçinin klubun divarları arasından sızdırılan informasiyalara əsaslansaq, Mahmud Qurbanovun istefaya göndərilməsinə hazırlıq başlayıb, yerinə möhkəm axtarış gedir.

Aleksandr Kerjakovun adının birdən-birə mətbuata çıxması, özünün də bu məlumatı nə təsdiq, nə də təkzib etməsi, diplomatik cavab verməsi torbada «qara pişiy»in varlığına işarədir.

Premyer Liqada sondan ikinci yerə düşən «Səbail»in Milan Obradoviçin namizədliyini gözdən keçirməsi də Mahmud Qurbanova növbəti siqnaldır.

Tükdən asılı hala gələn «Professor»u kim və nə xilas edə bilər? Kubokda ¼ final mərhələsini adlamaq.

Yalnız və yalnız bu! «Sabah» səddini aşmaları lazımdır ki, 2023-cü ili hazırkı iş yerində qarşılasın.

İlk oyunu «Səbail»in həm aktivinə, həm də passivinə yazmaq olar. Oyunu 0:0-dan 3:0-a gətirən də onun komandası oldu, 3:0-ı 3:2-yə «əridən» də.

Üç qoldan sonra bu boyda üstünlüyü bir neçə dəqiqənin içində əldən vermək… Futbol ilahəsi Mahmud Qurbanovun əsəbləriylə «oynamaq»da davam edir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti