Seçim qarşısında – “Qəbələ”, “Sumqayıt”, yoxsa “Şamaxı”?

8 Dekabr 2022 22:40 Səbail 735
Seçim qarşısında – “Qəbələ”, “Sumqayıt”, yoxsa “Şamaxı”?

“Səbail”in müdafiəçisi Turan Manafov qış fasiləsində başqa kluba keçə bilər.

Mövsümün əvvəlində Mahmud Qurbanovun əsas heyətdə şans verdiyi, lakin sonradan güvənmədiyi 24 yaşlı cinah müdafiəçisi hazırkı durumundan narazıdır.

O, daha çox şans qazanacağı komandada oynamaq istəyir.

Sportinfo.az xəbər verir ki, Manafovun xidmətində Premyer Liqanın 3 klubu maraqlıdır.

Bunlar “Qəbələ”, “Sumqayıt” və “Şamaxı”dır. Danışıqlar uğurla nəticələnsə, yəni Turan azad agent statusu ala bilsə, yanvarda adları çəkilənlərdən biri ilə müqavilə bağlayacaq.

Bu ilin əvvəlində Yunanıstan “Olimpiakos Volos”da çıxış edən müdafiəçinin Yunanıstan və Polşa variantları da var.

U-21-in sabiq üzvü cari mövsümdə “Səbail”in heyətində 10 oyunda 720 dəqiqə oynayıb və 1 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti