Ramazanov da qayıtdı

3 Dekabr 2022 02:50 Səbail 428
Ramazanov da qayıtdı

"Səbail" Premyer Liqanın 16-cı turu çərçivəsində "Qəbələ" ilə üz-üzə gələcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi sabah oynanılacaq görüş üçün Qəbələyə yollanıb.

"Dənizçilər"in heyətində iki zədəli futbolçu da sıraya dönüb.

Ruslan Hacıyev və Ağabala Ramazanov zədələrini bərpa etdiiyinə görə komanda ilə birlikdə səfər oyununa yollanıb.

"Qəbələ" - "Səbail" matçı sabah saat 14:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti