“Səbail” Portuqaliya elitasından TANIŞ SİMANI gətirir

2 Dekabr 2022 20:40 Səbail 2 114
“Səbail” Portuqaliya elitasından TANIŞ SİMANI gətirir

İşləri qaydasında getməyən “Səbail”də qış fasiləsində ciddi dəyişikliklər gözlənilir.

Xüsusən əcnəbi futbolçuların ümidləri doğrultmaması baş məşqçi Mahmud Qurbanovu alternativ yollardan istifadə etməyə səsləyir.

Əsas çıxış yolu isə yanvarda heyətə əl gəzdirməkdir.

Sportinfo.az xəbər verir ki, “dənizçilər”in transfer siyahısının başında duran əsas ad Klesio Baukdur.

2020-21 mövsümündə “Zirə”nin uğurları üçün tər tökən və bu komandada forma geyindiyi 28 matçda aktivinə 5 qol yazan 28 yaşlı vinger 2021-ci ilin yayında Azərbaycanı tərk etmişdi.

Portuqaliyanın yüksək liqa təmsilçisi “Maritimo” ilə müqavilə bağlayan və ötən mövsüm bu komandanın heyətində 18 qarşılaşmanın iştirakçısı olan mozambikli futbolçu cari mövsümdə şans qazanmır.

O, avqustdan bu yana 2 oyunda vur-tut 58 dəqiqə meydanda olub.

Bauk mütəmadi şans qazanacağı komandada yer almaq istəyir ki, bunu nəzərə alan “Səbail” hərəkətə keçib.

Baukun “Maritimo” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti