Azərbaycan klubu məşhur rusiyalıya tapşırılacaq?

1 Dekabr 2022 16:20 Səbail 1 345
Azərbaycan klubu məşhur rusiyalıya tapşırılacaq?

Rusiya millisinin sabiq hücumçusu Aleksandr Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu barədə "Sport-express" nəşrinə açıqlama verib.

"Mən "Səbail"ə rəhbərlik edə bilərəmmi? Hələlik şərh yoxdur. Bir şey olanda dərhal biləcəksiniz", - deyə o vurğulayıb.

Hazırda "Səbail"in baş məşqçisi Mahmud Qurbanovdur.

Aleksandr Kerjakov son olaraq 2021/2022 mövsümündə "Nijni Novqorod"un sükanı arxasında olub. Keçmiş hücumçu 2002 - 2016-cı illərdə Rusiya yığmasının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti