"Neftçi"yə qol vuran futbolçu nəyə təəssüflənir? - AÇIQLAMA

1 Dekabr 2022 20:00 Səbail 442
"Neftçi"yə qol vuran futbolçu nəyə təəssüflənir? - AÇIQLAMA

"Oyuna yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Neftçi"yə məğlubiyyət (1:3) barədə danışan Rəfael Məhərrəmli deyib.

"Səbail"in müdafiəçisi fərqli hissələr keçirdiklərini bildirib və bunun səbəblərini belə əsaslandırıb:

"İlk hissədə daha çox müdafiədə oynadıq. Əks-hücumlarda təhlükəli olduq. İkinci hissə vurduğumuz qoldan qoldan sonra tamam fərqli oynadıq.

Hətta bir neçə real qol imkanlarımız da oldu. Sadəcə, dəyərləndirə bilmədik.

Qol vuranda istər-istəməz motivasiya olur. Özünə inam yaranır. Qoldan sonra inandıq ki, qalib gələ bilərdik".

Komandasının yeganə qolunun müəllifi ən azı bir xalı haqq etdiklərini sözlərinə əlavə edib:

"Ən azı, bərabərə qala bilərdik. Buna yaxın idik. Təəssüf ki, epizodlarımız qolla nəticələnmədi. Oyunun qırılma nöqtəsi isə üçüncü qolu buraxmağımız oldu".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti