"Neftçi" şoka düşmüşdü, oynaya bilmirdi"

28 Noyabr 2022 20:00 Səbail 539
"Neftçi" şoka düşmüşdü, oynaya bilmirdi"

"Səbail" Premyer Liqanın 15-ci turunda "Neftçi"yə məğlub oldu - 1:3.

Bayıl təmsilçisinin kapitanı Rahid Əmirquliyev görüşlə bağlı fikirlərini Sportinfo.az-a bölüşüb:

"Neftçi" ilə çox ağır oyun oldu. Güclü rəqibə qarşı oynayacağımızı bilirdik və matça yaxşı hazırlaşmışdıq. İlk hissə çox zəif çıxış elədik.

Demək olar ki, oynaya bilmədik. Ola bilər ki, bunun səbəbi ilk dəfə beşli müdafiə ilə oynamağımız idi".

Təcrübəli futbolçu ikinci yarı yaxşı oynadıqlarını və hətta meydan sahiblərini şoka saldıqlarını dilə gətirib:

"İkinci hissə tez qol buraxmağımıza baxmayaraq qısa müddətdə özümüzə gələ bildik. Öncə fərqi azaltdıq, bərabərlik qolu üçün imkanlarımız çox oldu.

Təxminən 10-15 dəqiqə yaxşı qol şanslarımız oldu. Bərabərlik qolunu vura bilsək, hətta oyunu udmaq da olardı.

Çünki qolumuzdan sonra "Neftçi" şoka düşmüşdü, oynaya bilmirdi. Rəqibi öz meydanına sıxışdırmışdıq.

Təəssuflər olsun ki, epizodlardan istifadə edə bilmədim və "Neftçi" əks-hücumda qazandığı penalla üçüncü qolu vurdu.

Bundan sonra isə geridönüş etmək çox çətin idi. Təəssüf ki, ən azı bir xalla ayrıla biləcəyimiz oyundan məğlub ayrıldıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı