Məğlubiyyətdə gizlənən ümid

28 Noyabr 2022 23:40 Səbail 542
Məğlubiyyətdə gizlənən ümid

"Səbail" "Neftçi" ilə matçda ardıcıl 4-cü məğlubiyyətini aldı.

6-cı oyundu ki, komanda qələbə üzünə həsrətdir.

Normalda belə "qara zolaq" yaşayan komandada ilk yada düşən baş məşqçi olmalıdır.

Gedişi müzakirə edilməli, yeni namizədlər gözdən keçirilməlidir. Amma bəzən əksi də olur.

Məsələn, indiki "Səbail" kimi. Komanda güclü "Neftçi" önündə məğlub olsa da gələcəyə ümid verdi.

İlk hissə heç, amma ikinci yarı meydanda tam başqa komanda gördük. Qurbanovun yetirmələri bir qədər diqqətli olsa, 0:2-dən sonra hətta hesabda önə keçə bilərdilər.

Sadəcə şanssızlıq, qapı dirəyi, qeyri-dəqiqlik öncə hesabın bərabərləşməsinə mane oldusa, ardınca adi epizodda qonaqların müdafiəçisi penala səbəbkar oldu.

Hətta 1:3-dən sonra belə meydanda təslim olmayan, mübarizə aparan "Səbail" vardı.

Mahmud Qurbanovun yetirmələri mövsümdə artıq neçənci oyundu uduzsalar da yaxşı siqnallar verməyi bacarırlar. İndi qalır bunu nəticələrdə də əks etdirmək. Futbolda isə önəmli olan turnir cədvəldir. Ordakı vəziyyət pisdisə, yaxşı oyundakı ümidə, müsbət siqnallara bir yerə kimi səbr edəcəklər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti