Qurbanovun qəzəbinə tuş gəldinsə...

24 Noyabr 2022 17:00 Səbail 563
Qurbanovun qəzəbinə tuş gəldinsə...

Mahmud Qurbanovun "Səbail"dəki fəaliyyətinin ömrü hələ yarım il tamam olmayıb.

Amma bu müddətdə bəlkə də bir neçə mövsümə sığacaq sayda onun qəzəbinə tuş gələn futbolçu olub.

Bir neçəsi gününü bir müddət əvəzedici komandada keçirdikdən sonra, bir neçəsi isə pul cəzası kəsilməklə bağışlanıbsa, bəzilərinə də hələ "qara siyahı"dan çıxmaq heç cür müəssər olmur.

Onlardan biri də uzun müddətdir komandada çıxış edən və Bayıl təmsilçisinin təcrübəli simalarından sayılan Turan Manafovdur.

Elə Premyer Liqanın ilk 9 turunda da onu Qurbanovun əsas futbolçuları arasında görə bilirdik.

Amma 10-cu turun "Turan Tovuz"la matçı (2:2) baş məşqçinin yetirməsi ilə bağlı sərt qərar verməsinə səbəb olmuşdu.

Matçın ilk hissəsindəki bərbad oyuna görə əvəzlənən müdafiəçinin bir neçə oyunluq cəza ilə canını qurtaracağını düşünmək olardı.

Lakin görünən odur ki, "Pro" kateqoriyalı mütəxəssisin "qara siyahı"sından çıxmaq ona elə də asan olmayacaq.

Hər halda sonrakı 4 turda ona 1 dəqiqə belə şans verilməməsi belə deməyə əsas verir.

24 yaşlı futbolçu əvəzedici komanda da meydana çıxmır. Bu isə təxminən son 1.5 ayı oyunsuz keçirmək deməkdir.

Belədə Manafovun yenidən formasını bərpa edib, əsas heyətdə möhkəmlənməsi heç də asan olmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!