“Düzdür, iş dayanmır, amma vəziyyət çox çətindir“

21 Noyabr 2022 14:20 Səbail 459
“Düzdür, iş dayanmır, amma vəziyyət çox çətindir“

“Vəziyyət çox çətindir. Rusiya yığması rəsmi oyunlar keçirə bilmir, turnirlərə qatılmır”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına açıqlamasında deyib.

Gənc mütəxəssis Rusiya millisinin diskvalifikasiya səbəbindən rəsmi turnirlərdə iştirak edə bilməməsinə münasibət bildirib. O, belə durumda yoldaşlıq görüşlərinin təşkilini müsbət hesab edir:

“Yoldaşlıq oyunları keçirmək imkanı var ki, komandamızın bundan istifadə etməsi düzgündür. Yeni oyunçular cəlb olunur, onlara milli komanda səviyyəsində baxırlar.

Düzdür, iş dayanmır, bu da vacibdir. Vəziyyət necə olursa-olsun, ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq”.

Digər Xəbərlər
Xəbər Lenti