Murad Musayev: ”Proqnoz verməyəcəm, amma Messinin titul qazanmasını istərdim”

19 Noyabr 2022 14:00 Səbail 462
Murad Musayev: ”Proqnoz verməyəcəm, amma Messinin titul qazanmasını istərdim”

”Sabah”ın baş məşqçisi Murad Musayev sabah start götürəcək dünya çempionatı ilə bağlı Sportinfo.az-a açıqlama verib.

Azərbaycan klubunda ikinci mövsümünü keçirən rusiyalı çalışdırıcı Qətərdə təşkil olunacaq mundialda Argentinin uğur qazanmasını istədiyini etiraf edib. O da Lionel Messiyə görə.

Sitat: ”Dünya çempionatına məşqçi nöqteyi-nəzərindən baxacam - sxemlər, oyun modelləri, məşqçi qərarları və s. mənim üçün daha maraqlıdır.

Bu yarış tarixdə ilk dəfə noyabrda başlayacaq. Komandalar formalarının pik nöqtəsində olacaq. Buna görə, gözəl və gərgin futbol gözləyirəm.

Proqnoz verməyəcəm, amma Messinin titul qazanmasını istərdim”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!