Qurbanovdan şans gözləyən: "Mən indiyə kimi elə futbolçu olmamışam"

17 Noyabr 2022 22:20 Səbail 1 285
Qurbanovdan şans gözləyən: "Mən indiyə kimi elə futbolçu olmamışam"

Mövsümün əvvəli "Səbail"in əsas ümid bəslədiyi futbolçulardan biri də Ədixlan Qarəhmədov hesab olunurdu.

Yarımmüdafiəçi başqa klublardan təkliflər alsa da, yetirməsi olduğu komandaya "yox" deməyərək, 2 illik yeni sözləşməyə imza atmışdı.

Yoxlama görüşlərində ən çox şans alan oyunçulardan olan 21 yaşlı yarımmüdafiəçi vurduğu qollarla da ön plana çıxmağı bacarırdı.

Amma sezonun startından sonra futbolçu sanki kölgədə qaldı. Baş məşqçi Mahmud Qurbanovun güvənmədiyi orta sahə oyunçusu cəmi 3 oyunda meydana çıxmaq imkanı əldə edib.

Təbii ki, belədə ilk ağıla gələn o olur ki, futbolçu yəqin intizamsızlıq edib. Amma Sportinfo.az-a açıqlamasında kənarda qalmasına münasibət bildirən gənclər millimizin üzvü bu ehtimalı yaxın buraxmayıb:

"Baş məşqçimizlə aramda heç bir problem yoxdur. Aramızda danışıq da olub. Şans verəcəyini bildirib.

Məşqlərimi edirəm və şansımı gözləyirəm. Sonuncu iki turda meydana çıxdım.

Bundan sonra da baş məşqçi mənə güvənib şans versə, komandam üçün əlimdən gələni etməyə çalışacam.

Mən indiyə kimi elə futbolçu olmamışam. Hər zaman nizam-intizamım yerində olub".

Bütün karyerası Bayıl təmsilçisinə bağlı olan orta sahə oyunçusu hazırda formada olduğunu da sözlərinə əlavə edib:

"Komandaya kömək etməyə özümü hazır sayıram. Baş məşqçinin verəcəyi şansı gözləyirəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"