Bir ara adı "Neftçi" ilə hallanan Rumıniya klubunun müdafiəçisi indi də…

14 Noyabr 2022 02:00 Səbail 1 319
Bir ara adı "Neftçi" ilə hallanan Rumıniya klubunun müdafiəçisi indi də…

Rumıniyanın UTA Arad klubunun müdafiəçisi Eriko da Silva Azərbaycan Premyer Liqasında oynaya bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, braziliyalı müdafiəçiyə "Səbail" maraq göstərir.

Mənbənin iddiasına görə, bu mövsüm Rumıniya klubunda çox da oynamaq şansı görməyən 33 yaşlı futbolçu qışda Premyer Liqamıza qayıtmaq istəyindədi.

Bir ara isə onun hətta "Neftçi"nin maraq dairəsində olduğu iddia edilirdi. O, 2022/2023 mövsümündə yüksək liqada cəmi 7 matçda meydana çıxıb.

Eriko hazırkı klubuna 2020-ci ildə məhz “Səbail”dən keçmişdi.

Bundan əvvəl isə təcrübəli futbolçu “Botafoqo”, “Rio Branko”, “Palmeyras”, “Universitetya Kluj”, “Quarantinqeta”, “Panduri”, “Astra” klublarında oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti