Qurbanov istefaya getmir, bilir ki… Yanlış dolu komanda

13 Noyabr 2022 14:40 Səbail 458
Qurbanov istefaya getmir, bilir ki… Yanlış dolu komanda

«Səbail»də bıçaq sümüyə dirənib.

Hər ötən gün futbolçuların əleyhinə işləyir.

Mahmud Qurbanov son sözünü Zirədə dedi. Dedi ki, o, istefa ərizəsi yazmağı ağlının ucundan keçirmir, heç bu barədə düşünmür də.

«Professor»un deməyindən çıxan nəticə: mən qalacaq, bunlar gedəcək. Düz başa düşdüz, mayda görəvə gələn Qurbanovun rəhbərlik sarıdan «beli bərkdir».

Nə söz veriblərsə, əmindir ki, mövsümün bütün oyunlarını uduzsa belə, vəzifədən uzaqlaşdırılmayacaq.

Mahmud bəy boş yerə inad etməz, yəqin ki, bildiyi, özü də dəqiq bildiyi bir şeylər var.

Onda bu arxayınlıq olmasaydı, hələ neçə həftə öncə bazadakı əşyalarını bir yerə yığıb, otağın bir küncünə qoymuşdu.

Mahmud Qurbanovun «Səbail»də saxladığı, qazanını qaynatdığı, bura gətirdiyi, çörəyinə yağ sürtdüyü futbolçular onun qazanının qaynamaması, çörəyini yağsız qoymaq üçün əlindən gələni boşqaba çəkir.

Səbəbkarın təqsiri yoxmu? Var, əlbəttə, var.

Səhv transferləri saymeqla qurtarmaq olmurö Mirabdulla Abbasova xilaskar gözüylə baxan baş məşqçi bu nəticələri əvvəlcədən gözünün altına almalıydı.

Mirabdulla medianın adamıdır, o, bu aralar yalnız jurnalistlər arasında keçirilən yarışlarda adından söz etdirə bilər.

Premyer Liqa kitabı çoxdan bağlanıb onun. 90+3-cü dəqiqədə Moiz Adileunun kobud xətasından sonra qapıçıyla üzbəüz qalan Abbasov topu ayağında saxlaya bilmirsə, ona forma şansı tanımaq yanlışın yanlışıdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti