Azərbaycan klubunun legioneri onunla bağlı qərara bu cür “üsyan” etdi

11 Noyabr 2022 20:40 Səbail 861
Azərbaycan klubunun legioneri onunla bağlı qərara bu cür “üsyan” etdi

“Səbail”in müdafiəçisi Qustavo de Fransa klub rəhbərliyinin onunla bağlı son qərarına sərt təpgi göstərib.

Onun narazılığına səbəb böyük məbləğdə cərimələnməsidir.

Braziliyalı müdafiəçinin əməkhaqqısından 4000 dollar kəsilib. Bu isə onun aylıq məvacibinin 50 faizi deməkdir.

Cənubi amerikalı arxa xətt oyunçusunun qəzəbə tuş gəlməsinin səbəbi Premyer Liqanın 8-ci turuna təsadüf edən hərəkətidir.

Belə ki, o, «Qəbələ» ilə Bayılda keçirilən qarşılaşsmanın (1:2) 44-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə «dənizçilər» son saniyələrdə qapısında gördüyü qolla məğlubiyyətə uğrayıb.

Qustavo de Fransa cəza tədbiri ilə əlaqədar baş məşqçi Mahmud Qurbanovla görüşüb.

O, klubla bağladığı müqaviləni çalışdırıcıya göstərərək, “burada yazılmayıb ki, qırmızı vərəqə alsam, əməkhaqqımın yarısı kəsiləcək” deyib.

Braziliyalı Qurbanovdan xahiş edib ki, məsləni öz nəzarətinə götürsün və ondan kəsilən pulun geri qaytarılmasına köməklik göstərsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti