Premyer Liqa klubu legionerin pulunun yarısını kəsdi – Bu hərəkətə görə

9 Noyabr 2022 16:00 Səbail 1 118
Premyer Liqa klubu legionerin pulunun yarısını kəsdi – Bu hərəkətə görə

«Səbail»in müdafiəçisi Qustavo de Fransa klub rəhbərliyi tərəfindən böyük məbləğdə cərimələnib.

Braziliyalı müdafiəçinin əməkhaqqısından 4000 dollar kəsilib.

Bu isə onun aylıq məvacibinin 50 faizi deməkdir.

Cənubi amerikalı arxa xətt oyunçusunun qəzəbə tuş gəlməsinin səbəbi Premyer Liqanın 8-ci turuna təsadüf edən hərəkətidir.

Belə ki, o, «Qəbələ» ilə Bayılda keçirilən qarşılaşsmanın (1:2) 44-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə «dənizçilər» son saniyələrdə qapısında gördüyü qolla məğlubiyyətə uğrayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti