Qurbanov 2 legioner, 2 yerli transfer istədi, 2 nəfərin üstündən "xətt çəkdi"

7 Noyabr 2022 11:40 Səbail 1 885
Qurbanov 2 legioner, 2 yerli transfer istədi, 2 nəfərin üstündən "xətt çəkdi"

«Səbail»in bu qış edəcəyi transferlərin minimum sayı müəyyənləşib.

Baş məşqçi Mahmud Qurbanov 4 yeni futbolçunun alınmasını istəyib.

Rəhbərliklə görüşən çalışdırıcı komandanın düşdüyü vəziyyətdən çıxarmağın yollarını göstərib. O, ikisi legioner, ikisi də yerli olmaqla, dörd oyunçunun kollektivə qoşulmasının vacibliyini diqqətə çatdırıb.

Mahmud Qurbanov xidmətində maraqlı olmadığı daha bir legionerin adını açıqlayıb. Mayda görəvə gələn çalışdırıcı Fakundo Kardozo ilə qışda yolların ayrılmasını istəyib.

«Pro» kateqoriyalı mütəxəssis yayda komandaya qoşulan argentinalı müdafiəçinin intizamsızlığından şikayətlənib, heyətdəki zədəli və cəzalıların çoxluğu səbəbdən onu meydana buraxmaq məcburiyyətində qaldığını söyləyib.

O, daha əvvəl Luvaqa Kizito ilə bağlı eyni mövqeni sərgiləyib. Qurbanov uqandalı hücumçuya yeni ilədək özünə başqa komanda tapmağı tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!