"Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm" - Mahmud Qurbanov

6 Noyabr 2022 18:10 Səbail 525
"Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm" - Mahmud Qurbanov

Premyer Liqanın 13-cü turunda öz meydanında “Sabah”a 0:2 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Mahmud Qurbanov komandasının məğlubiyyətini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında deyib:“İlk növbədə klubumuz adından hər kəsi qarşıdakı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, matça yaxşı başlamışdıq. Amma sonradan rəqib üstünlüyə yiyələndi. Uduzanda deyiləsi söz çox olur. Lakin mətbuat yox, futbolçular üçün. Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik”.

- İlk dövrədə səfərdə “Sabah”dan xal almışdnız. Bu dəfə nə çatışmadı?

- Bu dəfə ustalıq çatmadı. Son oyunlarda fərdi səhvlərdən qollar buraxırıq. Bu gün qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Rəqibin fərdi ustalığı və fərdi səhvlərimiz qələbəyə imkan vermədi.

- 13 turdan sonra 10 xal toplamısınız. Baş məşqçi təyin olunarkən bu nəticəni gözləyirdiniz?

- Xeyr, daha yuxarı pillələrdə olacağımızı gözləyirdim. Reallıq odur ki, aşağı dördlükdəyik. Amma əlimizi yanımıza salmayacağıq, Sona kimi mübarizə aparacağlıq.

- Çox üzgün görünürsünüz...

- Məğlubiyyət həmişə əhval-ruhiyyəyə təsir edir. Çalışırıq əlimizdəki futbolçulara şans verək. Məni ən çox narahat edən odur ki, onları bunu başa düşmürlər.

- Görünür ki, heyət mütləq güclənməlidir. Artıq indidən bu barədə fəaliyyətə başlamısınız?

- Qarşıda hələ çox oyunlar var. Bu gün əsas heyətin 4 üzvü meydanda yox idi. 2 nəfər cəzalı, 2 nəfər isə zədəli idi. Futbolda müdafiə olunmaq asandır, amma hücum edən zaman çox güc düşür. Bu gün sağ cinahda pis təsir bağışlamasaq da, sol cinahda axsayırdıq. İndidən transferlər barədə düşünmürük. Amma ümumilikdə təbii ki, güclənməliyik.

- Qapıçı dəyişikliyi nə ilə bağlı idi: zədə, yoxsa oyununa görə Hüseynqulu Quliyevi əvəzlədiniz?

- Hər iki amilin təsiri oldu, Keçən oyun müdafiəçi, bu gün qapıçı səhv etdi. Lakin sona qədər gənclərə dəstək olacağıq. Bacardığımız şeyləri etməliyik.

- İndidən qış transfer pəncərəsi üçün gözaltı etdiyinzi futbolçular var?

- Maraq dairəmizdə olan futbolçular var. Xüsusən də yerliləri heyətə qatmaq istərdik. Lakin indiki halda əlimizdəki heyətlə ilin sonuna qədər mübarizə aparacağıq.

- Sizin necə futbolçu olmağınız hamıya məlumdur. İndi komandanızın bu cür futbol sərgiləməsi sizə necə təsir edir?

- Komandamızın belə oyunu tək mənə yox, məncə, hamımıza pis təsir edir. Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm. Nəsə düzəltmək istəyirik. Lakin yaxşı komanda qurmaq tez əmələ gəlmir. Bəhanə gətirmək istəmirəm, amma vaxt lazımdır və istədiyimiz futbolçuları heyətə qatmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"