Qurbanovun "qara siyahı"sındakı ikinci ad – Onu rəhbərliyə açıqladı

6 Noyabr 2022 15:00 Səbail 1 589
Qurbanovun "qara siyahı"sındakı ikinci ad – Onu rəhbərliyə açıqladı

«Səbail»in baş məşqçisi Mahmud Qurbanov xidmətində maraqlı olmadığı daha bir legionerin adını açıqlayıb.

Mayda görəvə gələn çalışdırıcı Fakundo Kardozo ilə qışda yolların ayrılmasını istəyib.

«Pro» kateqoriyalı mütəxəssis yayda komandaya qoşulan argentinalı müdafiəçinin intizamsızlığından şikayətlənib, heyətdəki zədəli və cəzalıların çoxluğu səbəbdən onu meydana buraxmaq məcburiyyətində qaldığını söyləyib.

O, daha əvvəl Luvaqa Kizito ilə bağlı eyni mövqeni sərgiləyib. Qurbanov uqandalı hücumçuya yeni ilədək özünə başqa komanda tapmağı tapşırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti