Baş məşqçiyə dəstək və razılıq verdi – Yeni transferlər edin!

5 Noyabr 2022 20:20 Səbail 1 325
Baş məşqçiyə dəstək və razılıq verdi – Yeni transferlər edin!

“Xəzər Dəniz Gəmiçiliyi“nin İdarə Heyətinin sədri Raif Vəliyev “Səbail”in cari durumu ilə bağlı toplantı keçirib.

İclasda komandanın Premyer Liqada çıxışı geniş müzakirə olunub.

Toplantıda qeyri-sabit nəticələrdən narahatlıq ifadə edilib. Bununla belə, baş sponsor Mahmud Qurbanova inandığını və ona dəstəyini davam etdirəcəyini bildirib.

R.Vəliyev “dənizçilər”in qış planları ilə maraqlanıb, növbəti transfer əməliyyatlarının aparılmasına göstəriş verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti