“Səbail” mövsümlərarası fasilədə heyətinə qatdığı Luvaqa Kizito ilə bağlı növbəti dəfə problem yaşayır.
Məsələ ondadır ki, Mahmud Qurbanov uqandalı hücumçunun xidmətində maraqlı deyil.
Baş məşqçi onun iradlarından nəticə çıxarmayan afrikalı legioneri qış fasiləsindən sonra öz sərəncamında görmək istəmir.
Klub rəhbərliyi bir müddət əvəzedici heyətə göndərilən Kizitoya birillik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyi təklif eləsə də, o, buna “yox” deyib.
Uqandalı dövrələrarası fasilədə yeni komanda tapmağın çətin məsələ olduğunu deyərək, təzminatının tam ödənilməsini istəyib və bildirib ki, əks-halda, FİFA-ya şikayət edəcək.
SPORTİNFO.AZ

