Qurbanovun günbəgün artan "qara siyahısı"

4 Noyabr 2022 22:20 Səbail 972
Qurbanovun günbəgün artan "qara siyahısı"

Mahmud Qurbanovun "qara siyahısı"na daha bir futbolçu əlavə olunub.

Söhbət “Səbail”in cinah müdafiəçisi Turan Manafovdan gedir.

Təcrübəli oyunçu yeni mövsüm komandanın əsas simalarından sayılırdı. Əbəs deyil ki, ilk 9 turun 7-də 90 dəqiqə meydanda olan oyunçu zədə səbəbindən bir oyun buraxmışdısa, digərində 45 dəqiqə şans qazanmışdı.

Amma 10-cu tur onun üçün heç düşərli olmadı. “Turan Tovuz”la səfər matçının ilk hissəsində zəif təsir bağışlayan oyunçu fasilədə Qustavo Franko ilə əvəzlənmişdi.

Oyundan sonrakı mətbuat konfransında da paytaxt klubunun çalışdırıcısı 24 yaşlı futbolçunun oyunundan narazılığını dilə gətirmişdi.

Bu da nəticəsi – Sağlamlıq baxımından oynamağa tam hazır olan Manafov son iki oyunda 90 dəqiqə ehtiyatda qalıb. Hər iki oyunda da onu ukraynalı legioner Petro Stasyuk əvəzləyib. Hətta Gəncə səfərində 0-3 hesablı gerilik və mərkəz müdafiəçisi Nihad Qurbanlının aldığı qərmızı vərəqəyə rəğmən Mahmud bəy Turanın xidmətinə ehtiyac duymadı.

Bir sözlə, Turan Manafov da baş məşqçinin cəzalandırdığı futbolçuların sırasına qatılıb. Onun nə vaxt bağışlanacağı isə hələ dəqiq deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti