"Səbail"də qeyri-stabillik davam edir.
Başqa cür də ola bilməz. Baş məşqçi tərəfindən cəzalanan oyunçu qalmayıb. Amma heç bir dəyişiklik yoxdur.
Cəmi 12 tur oynanıb və 4 oyunda komanda matçı azlıqda başa vurub. Hətta bunun ikisi ilk hissə baş verib. Bu şərtlər altında hansı stabillikdən danışmaq olar?
Mahmud bəyin məşqçi işi ortadadır. Oyun elementləri, bəlli sistem görünür. Amma stabil hala salıb, sonra da təkminləşdirmək lazımdır. Stabillik üçün isə ilk öncə intizam məsələsi həll edilməldir.
Mütəxəssis bunu cəzalar vasitəsi ilə həyata keçirmək yolunu seçib. Həddini aşan gah pul, gah da əvəzedici heyətə göndərilməklə cəza alır. Adətən hər yerdə intizam yaratmağın yolu bundan keçir.
Amma arxada qalan aylar göstərdi ki, Bayıl təmsilçisin futbolçularına bu da keçərli deyil.
Deməli, alternativ yollar axtarılmalıdır. Başqa variantlar sınaqdan keçirilməlidir. Əks halda vəziyyəti düzəltmək heç də asan görünmür. Məsələn, yumşalma kimi.
Bilirik ki, Qurbanov çox sərt xarakterli məşqçidir. Mən də bu yanaşmanı onda bəyənirəm.
Amma bəzən nələrisə qazanmaq üçün nələrisə qurban vermək lazımdır. Bəlkə də çalışdırıcı bir qədər yumşalsa, futbolçularla başqa yollarla dil tapmağa çalışsa işlər relsə düşər.
Yəni komandanın potensialı var. Qalır bir yolla intizam məsələsini qaydaya salmaq. Bu isə birbaşa baş məşqçiyə aid məsələdir.
XANOĞLAN İMANOV

