"Səbail" qış fasiləsində yollarını ayıracağı legionerlərdən birinin kimliyini müəyyənləşdirib.
Yayda Azərbaycana gələn Luvaqa Kizito buranı birdəfəlik tərk edəcək.
Bayıl klubu bu barədə uqandalı hücumçunun özünü məlumatlandırıb. Rəsmilər ötən mövsümü "Hapoel"də (Nof-Ha-Qalil) keçirmiş forvardın diqqətinə çatdırıb ki, Mahmud Qurbanov onun xidmətində maraqlı deyil.
4 ay öncə birillik müqaviləyə imza atmış afrikalı ilə müqaviləyə ikitərəfli qaydada xitam veriləcək.
Baş məşqçi məsuliyyətsiz davranışından dolayı Kizitodan üz çevirib və əvəzedici heyətə göndərib.
SPORTİNFO.AZ

