«Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev «Səbail»in futbolçularına növbəti dəfə jest edib.
O, ASCO-nun baş sponsoru olduğu komandaya mükafat verib.
Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən «Şamaxı» ilə qarşılaşmanı izləyən sədr nəticədən (0:0) deyil, sərgilənən oyundan razı qalıb.
Odur ki, kollektiv üzvlərinə 800-1000 manat civarında mükafat ödənilməsini tapşırıb.
Bayıl təmsilçisi 11 tur ərzində 10 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Avrokuboklar uğrunda mübarizə aparan «dənizçilər» rəqiblərindən yalnız «Kəpəz», «Şamaxı» və «Sumqayıt»ı qabaqlayır.
SPORTİNFO.AZ

